"Çelsi"dən "Everton"a 6 cavabsız qol - VİDEO

10:15 - 16 Aprel 2024

İngiltərə Premyer Liqasında 32-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Çelsi" doğma meydanda "Everton"u qəbul edib. Qarşılaşma London təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 47-yə yüksəldən "Çelsi" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 27 xalı olan "Everton" isə 16-cı yerdədir.

"Çelsi" - "Everton" 6:0

Qollar: Kol Palmer, 13, 18, 29, 64 (pen), Nikolas Cekson, 44, Gilçrist, 90

Xəbər xətti