"Baku Sportinq" "Kürmük Qax"ı darmadağın etdi - VİDEO

10:59 - 16 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXI turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, lider "Baku Sportinq" öz meydanında "Kürmük Qax"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 49-a yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 11 xalı olan "Kürmük Qax" isə sonuncu yerdədir.

"Baku Sportinq" - "Kürmük Qax" 5:1

Qollar: Hakan Həsənov, 17, Elgün Abbaslı, 34, 78, Elməddin Hüseynzadə, 45, Röyal Nəcəfov, 57 - Revazi Otaraşvili, 45

Xəbər xətti