"Bayer" Niderland millisinin üzvünü transfer etmək istəyir

11:35 - 16 Aprel 2024

Almaniya çempionluğunu təmin etmiş "Bayer" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Lids Yunayted"də çıxış edən Krisensio Summervili transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Bayer" mövsüm bitdikdən sonra 22 yaşlı vinger üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Lids Yunayted" Krisensio Summervili 2020-ci ilin yayında "Feyenoord" akademiyasından transfer edib. Niderland U-21 millisinin üzvü bu mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti