Belçika millisində ciddi itki: Avro-2024-də oynamayacaq

12:11 - 16 Aprel 2024

Belçika milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "Anderlext"in futbolçusu Torqan Azar sıradan çıxıb. 31 yaşlı vinger ölkə çempionatının 33-cü turunun "Yunion Sent Jilluaz"la matçında (2:1) sıradan çıxıb.

Təcrübəli futbolçunun sağ dizinin ön çarpaz bağı qopub. O, 8 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, oyunçu Avro-2024-də iştirak edə bilməyəcək.

Qeyd edək ki, Torqan Azar bu mövsüm "Anderlext"in heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti