Musa Qurbanlı "Yurqorden"in U-21 komandasında qol vurdu

12:32 - 16 Aprel 2024

Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində oyuna çıxıb.

Sportal.az xəbər verir ki, Stokholm təmsilçisi Elit Liqa Kuboku matçında öz meydanında "Norççepinq"i qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklələ başa çatıb.

Musa Qurbanlı bu görüşdə 90 dəqiqə meydanda olub. 22 yaşlı forvard 52-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub.

Xəbər xətti