"Ehtiram Quliyevə nə AFFA, nə də Klublar Komitəsi dəstək oldu" - "Turan Tovuz"un rəhbərinə yad münasibət 

14:08 - 16 Aprel 2024

Azərbaycan futbolunda gələcəyi düşünən klub rəhbərləri çox azdır. Əksəriyyət dərhal nəticə qazanmaq eşqi ilə o qədər alışıb yanır ki, əldə olan vəsaiti futbolçuların transferlərinə, əsas komandanın xərclərinə istiqamətləndirir. 

"Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev bu baxımdan fərqli düşüncə qabiliyyətinə malikdir. Tovuz klubunu sponsorluğa götürəndən sonra maliyyənin əsas hissəsini komandaya yox, klub üçün infrastruktur qurmağa xərcləyəcəyini açıqladı. 

Mövsüm bitən kimi Tovuz stadionunda süni örtük təbii otla əvəzlənəcək. Ehtiram Quliyevin aldığı ərazidə klub üçün yeni məşq meydançaları da salınacaq. Digər infrastruktur layihələri də həyata keçiriləcək. 

Lakin bütün bunlara rəğmən görürük ki, AFFA Ehtiram Quliyevə yad münasibət bəsləyir. ATV telekanalında yayımlanan "Futbolumuz" verilişinin son buraxılışında bu barədə geniş müzakirələr aparılıb. Həmin hissəni təqdim edirik.

Xəbər xətti