"Özümü heç vaxt böyük məşqçi hesab etməmişəm, mənim üçün mənasızdır"

21:47 - 16 Aprel 2024

"Liverpul"un baş məşqçisi Yurgen Klopp özünü əfsanəvi məşqçi hesab etmədiyini deyib. 

Sportal.az xəbər verir ki, "Sky News"a açıqlama verən almaniyalı məşqçi Arsen Vengerlə müqayisə olunmaq istəmədiyini də bildirib:

"Mən heç vaxt özümü böyük və əfsanəvi məşqçi hesab etməmişəm. Hələ də insanların məni belə hesab etməsinə təəccüblənirəm, amma mən bunu qəbul edirəm. Əhəmiyyətli olan odur ki, Liverpulda insanlar bizim əldə etdiyimiz nəticələrdən razı qalırlar. Arsen Venger və ya başqası ilə müqayisə olunmağım mənə lazım deyil. Çünki bu, mənim üçün mənasızdır. Qəbir daşımda "burada planetin ən uğurlu məşqçilərindən biri yatır" yazılmasını da istəmirəm. İstənilən halda, yerin altında olacam. Mən həyatım boyu insanlara kömək edən bir insan kimi xatırlanmaq istəyirəm".

İngiltərə çempionatında 32 turdan sonra 71 xalı olan "Liverpul" üçüncü pillədə qərarlaşıb.

Xəbər xətti