Türkiyə mətbuatı: "Ramil döyüşkən futbolla yadda qaldı"

18:22 - 16 Aprel 2024

Türkiyə mətbuatı Ramil Şeydayevin "Kocaelispor"un heyətində birinci liqanın 30-cu turunun "Giresunspor"la oyununda (2:0) vurduğu debüt qolundan yazıb.

Sportal.az xəbər verir ki, "Çağdaş Kocaeli" millimizin forvardının döyüşkən futbol nümayiş etdirdiyinə toxunub:

"Qışda komandaya qoşulan və əvvəllər qol vura bilməyən Şeydayev nəhayət ki, “Giresunspor”la matçda qol sevinci yaşadı. Cari mövsümdə 9 matçda meydana çıxan azərbaycanlı forvard “Göztəpə” (3:2) və “Çorum”la (1:1) oyunlarda da əla oyun nümayiş etdirmişdi. O, son matçda 79 dəqiqə meydanda olub və göstərdiyi döyüşkar futbolla yadda qalıb. Şeydayev qol vurmaqla yanaşı, 41-ci və 56-cı dəqiqələrdə rəqib qapıçı Gektan Ceryutun əks etdirdiyi təhlükəli zərbələr də etdi".

Xəbər xətti