"Yeni transferlərə büdcə tapmaq üçün hər il bir böyük oyunçumuzu satmalıyıq"

17:24 - 16 Aprel 2024

“Bayer”in (Leverkuzen) baş direktoru Fernando Karro komandanın bu yay əsas oyunçularından birini satacağını bildirib. 

Sportal.az xəbər verir ki, "Bild"ə danışan Leverkuzen klubunun rəsmisi yeni transferlər edə bilmək üçün aparıcı oyunçularından biri ilə yollarını ayıracaqlarını deyib:

"Yeni transferlərə büdcə tapmaq üçün hər il bir böyük oyunçumuzu satmalıyıq. Ona görə də yəqin ki, bir oyunçu satacağıq. Onun kim olacağını bilmirik. Amma biz büdcəmizə uyğun daha iki və ya üç futbolçu ilə müqavilə imzalamağı planlaşdırırıq”.

"Bayer" Bundesliqada 29-cu turda "Verder"ə 5:0 hesabı ilə qalib gələrək erkən çempionluğu təmin edib. Xabi Alonsonun komandası klubun 120 illik tarixində ilk dəfə Almaniya çempionatının qızıl medalını qazanıb. Bayer, həmçinin ölkə kubokunun finalında “Kayzerslautern”lə qarşılaşacaq. Avropa Liqasının 1/4 finalda isə “Vest Hem”lə cavab oyununa çıxacaq.

Xəbər xətti