"Arsenal" 65 milyona forvard transfer edə bilər

17:46 - 16 Aprel 2024

"Arsenal" yayda hücumçu transfer edəcək.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, London klubunun əsas hədəfi "Aston Villa"nın forvardı Ollie Uotkinsdir.  

"Topçular" 28 yaşlı futbolçu üçün indidən hərəkətə keçib. "Aston Villa" isə futbolçusu üçün 65 milyon avro tələb edir. Tərəflər hazırda bu transferin mümkün olub-olmayacağını müzakirə edir.

Ollie Uotkins bu mövsüm Premyer Liqada 19 qolla bombardirlər sırasında üçüncü pillədədir. 

2021-ci il ildən İngiltərə millisinin də şərəfini qoruyan forvard "İkzeter Siti", "Brentford"da oynadıqdan sonra 2020-ci ildə "Aston Vila"ya keçib.

Xəbər xətti