"Trabzonspor"un qapıçısı "Real"a keçə bilər

13:51 - 17 Aprel 2024

"Real" "Trabzonspor"un gənc futbolçusu Onuralp Çevikkanı heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Trabzonspor" un "Altınordu"dan 700 min avroya transfer etdiyi qapıçının yayda Madrid klubuna keçəcəyi gözlənilir. 

18 yaşlı qolkiper hələ ki, Qaradəniz klubunda debüt etməyib. 

"Kral klubu" gələcəyinə ümid etdiyi Onuralpla uzunmüddətli müqavilə imzalamaq istəyir.

Xəbər xətti