UEFA-dan geri addım - FİFA-nı boykot etməkdən geri çəkiləcək

22:08 - 26 Avqust 2026

UEFA futbol üzrə dünya çempionatını boykot etmək planından imtina edəcək.

Sportal.az xəbər verir ki, iyul ayında FIFA-nın dünya çempionatının yayım və kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq üçün "FIFA Forward Enterprise" (FFE) adlı yeni kommersiya strukturu yaratmaq niyyəti məlum olduqdan sonra UEFA üzvləri növbədənkənar iclasda qərar qəbul etmişdilər ki, vəziyyət dəyişməyəcəyi təqdirdə FIFA-nın turnirlərində iştirak etməyəcəklər.

Avqustun əvvəlində UEFA mövqeyinin dəyişmədiyini təsdiqləmişdi. Buna baxmayaraq, FIFA artıq tənqidlər fonunda bu ideyanı həyata keçirməkdən imtina etmişdi.

İndi isə Reutersin məlumatına görə, UEFA rəsmilərinin cümə axşamı Monakoda keçiriləcək görüşdə boykotun ləğvi üçün şərtlərin yerinə yetirildiyini açıqlaması gözlənilir.

Mənbələrin bildirdiyinə görə, UEFA FIFA-dan dünya çempionatında və digər böyük yarışlarda payların satılması ilə bağlı planların gələcəkdə yenidən gündəmə gətirilməyəcəyinə dair zəmanətlər aldıqdan sonra boykot təhdidini aradan qaldırmağa hazırdır.

Xəbər xətti