AÇ-2018-in seçmə mərhələsində mübarizə aparan futzal üzrə Azərbaycan millisi bu gün qrupdakı son matçına çıxacaq.
Sportal.az xəbər verir ki, yığmamızın son rəqibi Macarıstan olacaq. Qrupdakı ilk iki oyununda qələbə qazanan Biro Jadenin komandasına qrupu ilk pillədə başa vurmaq üçün heç-heçə də bəs edir.
Qeyd edək ki, millimiz ilk matçda Bosniya və Herseqovinanı 5:4, ikinci qarşılaşmada isə Albaniyaya 5:0 hesabı ilə qalib gəlib.
AÇ-2018-in seçmə mərhələsi
B qrupu, 3-cü tur
17:30. Albaniya - Bosniya və Herseqovina
Hakimlər: Kostas Nikolaou (Kipr), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı
20:00. Macarıstan - Azərbaycan
Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan)
Yer Komanda O Q H M T/F X
1 Azərbaycan 2 2 0 0 10:4 6
2 Macarıstan 2 1 1 0 6:5 4
4 Bosniya və Hrs. 2 0 1 1 6:7 1
3 Albaniya 2 0 0 2 3:9 0
