Rusiya yığmasının baş məşqçisi: "Azərbaycanda futzalın inkişafı ilə bağlı problemlər var"

19:23 - 30 İyul 2017

Rusiyanın futzal millisinin baş məşqçisi Sergey Skoroviç “Futbolrevyu”ya müsahibə verib. Mütəxəssis müsahibədə Azərbaycan futzalı və “Araz” klubu ilə bağlı sualı da cavablandırıb.

 

Sportal.az xəbər verir ki, çalışdırıcı dünyada yaşanan maliyyə böhranının futzala da təsir etdiyini söyləyib:

 

“Araz”ın prezidenti Zaur Axundov həm də Azərbaycan Futzal Federasiyasının prezidentidir. Hazırda ölkədə nəinki bir klubun, ümumilikdə futzalın inkişafı ilə bağlı problemlər var. Azərbaycan iqtisadiyyatı neftdən və qazdan əldə olunan dollardan asılıdır. Neftin qiyməti 100 dollar olanda vəziyyət başqa idi, amma qiymət artıq 50 dollara düşəndə bir neçə klub saxlamaq və legionerlərlə müqavilə bağlamaq çətin olur. Ona görə də futzalın flaqmanı - “Araz”a şərait yaradılır. Gələcəkdə nə olacağını isə zaman göstərəcək”.

Xəbər xətti