Azərbaycanlı hakim avrokubok matçına təyinat aldı

13:14 - 16 Avqust 2017

FİFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb.

 

Sportal.az xəbər verir ki, o, futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

 

“Levski” (Bolqarıstan), “Knooppunt” (Hollandiya), TMT (Şotlandiya) və “Sjarmtrollan İdrettslag” (Norveç) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 22-dən 28-dək Norveçin Tromso şəhərində keçiriləcək. 

Xəbər xətti