UEFA KUBOKU: "Araz"ın oyunlarının vaxtı müəyyənləşdi

14:47 - 7 Sentyabr 2017

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, H qrupunda mübarizə aparacaq Azərbaycan çempionu “Araz” oktyabrın  11-də Bosniya və Herseqovinanın “Mostar” klubu ilə qarşılaşacaq. 

 

Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oktyabrın 12-də isə təmsilçimiz  Maltanın “Luksol Sent Endryu” klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
 

Naxçıvan təmsilçisi oktyabrın 14-də son turun oyununda “Deva” (Rumıniya)ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, "Araz"ın hər üç oyunu Rumıniyada keçiriləcək.

Xəbər xətti