"Neftçi" "Araz-Naxçıvan"la matça 4 itki ilə çıxacaq

09:53 - 13 Aprel 2024

Misli Premyer Liqasınım 30-cu turunda “Neftçi Arenada”da “Araz-Naxçıvan”la qarşılaşacaq "Neftçi"də son durum belədir.

Sportal.az xəbər verir ki, bərpa prosesi keçən Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la matçda meydanda ola bilməyəcək.

Qeyd edək ki, "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması bu gün saat 19:00-da start götürəcək.

Xəbər xətti