Millinin qolkiperi İspaniya klubunu niyə tərk edib?

18:22 - 13 Aprel 2024

“Əl-Hilal” və Mərakeş millisinin qapıçısı Yassin Bono ötən yay "Sevilya"dan Səudiyyə Ərəbistanı klubuna keçmək qərarının nə ilə bağlı olduğunu bildirib. 

Sportal.az xəbər verir ki, “AS” nəşrinə danışan mərakeşli qolkiper psixoloji problemlər yaşadığı üçün bu qərarı verdiyini söyləyib: 

"Bu, mən deyildim. Əlimdən gələni etdim, amma əhvalıma görə komandada qala bilmədim. Mənə psixoloji sağlamlığım üçün dəyişiklik lazım idi. Komandada qala bilməyəcəyini bilə-bilə oynaya bilməzsən. Yaşamağa vaxtım çox az idi. Məşq etmək, iti gəzdirmək, yatmaq və növbəti günün məşqini düşünmək...Kluba hər şeyi verməyə davam etməyə gücüm olmadığını görəndə ayrılmaq imkanım yarandı".

Xatırladaq ki, bu mövsüm Bono bütün turnirlərdə 36 qarşılaşmada iştirak edib ki, bunun da 19-da qol buraxmayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti