Millimizin üzvü oynadı, komandası qələbəyə sevindi

09:18 - 15 Aprel 2024

Ukrayna Premyer Liqasında 24-cü turunun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” doğma divarlar arasında “Kolos”u qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mustafayev meydana start heyətində çıxıb və sona qədər oynayıb. “Polesye” 39 xalla 6-cı pillədədir.

Xəbər xətti