Xabi Alonso: "120 illik tarixdə ilk dəfə Almaniya çempionluğunu qazanmaq fantastikdir"

09:34 - 15 Aprel 2024

“Bayer”in baş məşqçisi Xabi Alonso Leverkuzen klubunun Bundesliqadakı ilk çempionluğunu şərh edib.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis rekordlarla dolu çempionluqları haqda bunları deyib:

"Bu, klub üçün xüsusi məqamdır. 120 illik tarixdə ilk dəfə Almaniya çempionluğunu qazanmaq fantastikdir. Bu, ən yaxşı oyunçulardan qurulmuş, ən yüksək səviyyəli komandadır. Mən hər kəslə fəxr edirəm. Burada olmaqdan qürur duyuram".

Əlavə edək ki, “Bayer” 29-cu turda “Verder”i 5:0 məğlub edərək xallarını 79-a çatdırıb. Bu isə Leverkuzen klubuna sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirməyə kömək olub.

"Bavariya" 63 xalla ikinci pillədədir.

Xəbər xətti