Premyer Liqa nəhəngləri Tonini transfer etməyə çalışır

17:15 - 15 Aprel 2024

"Brentford"un hücumçusu Ayven Toni mövsümün sonunda klubunu dəyiçəcək.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçunun xidmətində Premyer Liqanın nəhəng klubları maraqlıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Arsenal", "Çelsi" və "Mançester Yunayted" 28 yaşlı forvardı transfer etmək istəyir. "Brentford" klubla 1 illik müqaviləsi qalan Toninin transferindən gəlir əldə etmək niyyətindədir.

Qeyd edək ki, "Brentford" Ayven Tonini 2020-ci ilin yayında "Piterboro"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti