"Füzuli"dən "Lerik"ə 5 cavabsız qol - VİDEO

20:22 - 15 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXI turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Lerik" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 46-ya yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

"Lerik" - "Füzuli" 0:5
Qollar: 
Elvin Nəsibov, 19, 45+1, 84, 86, Ceyhun Cavadov, 90+2
Qırmızı vərəqə: Valid Yusubzadə, 88 ("Lerik")

Xəbər xətti