"Barselona" braziliyalı üçün 80 milyon avro tələb edir

13:49 - 16 Aprel 2024

"Barselona" Rafinyanın transfer qiymətini müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, kataloniya təmsilçisi braziliyalı vingeri 80 milyon avrodan aşağı satmayacaq. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Xəbərdə İspaniya klubunun 27 yaşlı ön xətt oyunçusu üçün bir İngiltərə klubundan gələn 60 milyon avroluq təklifi qəbul etmədiyi qeyd olunub.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted2dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 8 qol və 10 məhsuldar ötürmə ilı yadda qalıb.

Xəbər xətti