Azərbaycan millisi Gürcüstana uduzdu

23:25 - 16 Aprel 2024

Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşünə çıxıb. 

Sportal.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv Tiflis İdman Sarayında Gürcüstan millisi ilə üz-üzə gəlib. 

Qarşılaşma gürcülərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz ilk oyunda da bu komandaya 2:3 hesabıyla uduzmuşdu.

Gürcüstan – Azərbaycan 2:1
Qollar
: Giorgi Gavtadze, 22:29. İrakli Todua, 36:46 – Kənan Manafov, 28:57.
 

Xəbər xətti