"Real"In futbolçuları Orelyen Çuameni ilə Federiko Valverde arasında münasibətlər qaydasında deyil.
Sportal.az xəbər verir ki, komandanın ötən gün baş tutan məşqində mübahisə edən ikili bu gün əlbəyaxa olub. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Məşq başa çatdıqdan sonra oyunçular paltardəyişmə otağında dalaşıblar. Valverdenin xəsarət aldığı və xəstəxanaya aparıldığı bildirilir.
Klubun baş verənlərlə bağlı iclas keçirdiyi və yaxın zamanda açıqlama veriləcəyi qeyd olunub. Rəhbərliyin qərarı ilə komandanın bütün üzvləri məşq bazaqsında qalıb.
saytlarin hazirlanmasi
