APOEL "Qarabağ"ın legioneri ilə maraqlanır

15:22 - 7 May 2026

“Qarabağ”ın futbolçusu Mateus Silva daha bir klubun maraq dairəsindədir.

Mövsümün gedişində “Bahia”, “Flamenqo” kimi klublarla adı hallanan braziliyalını istəyən klub Kiprdəndir.

Dominantlığını itirən APOEL yeni mövsüm üçün daha güclü heyət quraraq, çempionluğu geri qaytarmaq istəyir. Sportal.az saytına verilən məlumata görə, Nikosiya klubu Mateusla yaxından maraqlanır və onu heyətinə qatmaq istəyir.

Kipr nəhənginin Mateus üçün futbolçulardan birini də “Qarabağ”a təklif edib, üzərində müəyyən təzminat da ödəməyə hazırdır. Onlar mövsüm bitən kimi Mateusa görə “Qarabağ”la danışıqlara başlayacaq. 28 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

O, “Paysandu”, “Bahia”, “Farense”, “Moreyrense”, “Lokomotiv”(Plovdiv) klublarında oynadıqdan sonra 2023-cü ildə “Qarabağ”a keçmişdi.
 

Xəbər xətti