Türkiyə millisinin daha bir üzvü legioner həyatı yaşaya bilər

14:49 - 7 May 2026

Türkiyə millisinin üzvü İrfan Can Kahveci İtaliyaya yollanmağa hazırlaşır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Sassuola”nın yolunu tuta bilər. 

A seriyası təmsilçisi türk futbolçunun transferi üçün artıq indidən danışıqlara start verib. Maliyyə məsələsində problem yaşanmasa, Kahveci dünya çempionatından sonra İtaliyaya yollanacaq və “Sassuola” ilə 2 illik müqavilə imzalayacaq. Yarımmüdafiəçi “Fənərbaxça”ya məxsus olsa da, “Kasımpaşa”da icarə əsasında çıxış edir.

O, 2028-ci il iyunun 30-na qədər “Fənərbaxça”ya məxsusdur. Kahveci “Gənclərbirliyi”, “Hacettepe”, “Başakşəhər” klublarının da formasını geyinib.
 

Xəbər xətti