"Benfika" klubunda artıq başa düşürlər ki, Joze Mourinyonu saxlamaq mümkün olmayacaq.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, portuqal klubunun prezidenti Rui Kostanın məşqçi ilə müqaviləni uzatmaq üçün etdiyi bütün cəhdlər nəticəsiz qalıb. Hazırda yeni müqavilə üzrə danışıqlar dayandırılıb.
Bir neçə həftə əvvəl “Benfika”da Mourinyonun gedəcəyini təsəvvür belə etmirdilər, lakin indi bu ssenari rəhbərlik üçün getdikcə daha real görünür.
63 yaşlı mütəxəssisi "Real" dəvət etmək istəyir. Madrid klubu 2010–2013-cü illərdə komanda ilə çalışmış məşqçinin geri dönüşünü problemlərin həlli üçün ən yaxşı variant hesab edir.
saytlarin hazirlanmasi
