Əvəzedicilər Liqasında 25-ci tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub. “Neftçi-2” doğma meydanda “Araz-Naxçıvan-2” ilə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb.
Əvəzedicilər Liqası
25-ci tur
7 may
“Neftçi-2” – “Araz-Naxçıvan-2” 4:0
Qollar: Məhəmməd Məmmədli, 13. Fərid Səfərli, 31. Mirşahbaz Şahbazov, 45+2. Nurlan Musayev, 83.
