"Real"ın müdafiəçisi Ferlan Mendinin zədəsinin əvvəlcədən təxmin edildiyindən daha ciddi olduğu məlum olub.
Sportal.az xəbər verir ki, fransalı futbolçunun bir il yaşıl meydanlardan uzaq qalmaq riski var. Bu barədə jurnalist Ramon Alvares de Mon məlumat yayıb.
Diaqnoz qoyulduqdan və proqnozlar bəlli olduqdan sonra oyunçu peşəkar karyerasını bitirmək imkanını nəzərdən keçirir. 30 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində çoxsaylı zədələrdən əziyyət çəkib. O, son iki mövsümdə zədələr səbəbindən 51 matçı qaçırıb.
Qeyd edək ki, Ferlan Mendi bu mövsüm "Real"ın heyətində 9 matçda 452 dəqiqə meydanda olub. Təcrübəli futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub.
saytlarin hazirlanmasi
