Dünya çempionatında iştirak edəcək Afrika təmsilçisinin heyəti açıqlandı

14:17 - 19 May 2026

Dünya çempionatında iştirak edəcək Konqo Demokratik Respublikası millisinin 26 nəfərlik ilkin heyəti bəlli olub.

Sportal.az xəbər verir ki, Sebastien Desabrenin baş məşqçisi olduğu yığma K qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.

Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.

Qapıçılar: Timoti Fayulu ("Noa"), Lionel Mpasi ("Havr"), Matye Epolo ("Standart Liej");

Müdafiəçilər: Aaron Van-Bissaka ("Vest Hem"), Jedeon Kalulu ("Aris"), Joris Kayembe ("Genk"), Artur Masuaku ("Lans"), Stiv Kapuadi ("Vidzev"), Rokki Buşiri ("Hibernian"), Aksel Tuanzebe ("Börnli"), Şansel Mbemba ("Lill"), Dilan Batubinsika ("Larissa");

Yarımmüdafiəçilər: Noa Sadiki ("Sanderlend"), Samuel Mutussami ("Atromitos"), Meşak Elia ("Alanyaspor"), Edo Kayembe ("Uotford"), Şarl Pikel ("Espanyol"), Natanel Mbukiu ("Monpelye"), Brayan Sipenga ("Kastelyon"), Teo Bonqonda ("Spartak"), Qael Kakuta ("Larissa"), Nqalayel Moukau ("Lill");

Hücumçular: Fiston Mayele ("Pramids"), Sedrik Bakambu ("Betis"), Simon Banza ("Əl-Cəzirə"), Yoan Vissa ("Nyukasl").

Xəbər xətti