Ölkə futbolunda mövcud olan problemlərdən biri də, bəzi klubların dövlət tərəfindən uşaq futboluna ayrılan pulları başqa istiqamətlərə xərcləməsidir. Bunu AFFA da bilir, lakin hələ ki klubların təqdim etdiyi hesabatlarla kifayətlənməli olurlar.
Sportal.az saytının əldə etdiyi məlumata görə, AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu məsələni öz nəzarətinə götürüb. Qısa zamanda yeni nəzarət mexanizminin hazırlanması barədə tapşırıq verib.
Növbəti mövsümdən AFFA-nın klub akademiyalarının maliyyə xərclərinə nəzarəti sərtləşəcək. Klublar daha uşaq futbolunun puluna göz dikə bilməyəcək.
Qeyd edək ki, AFFA-nın Hesabat Konfransında çıxış edən baş katibi Cahangir Fərəcullayev yığma komandalara tapşırıqla futbolçu çağırılması və uşaq futbolunda problemlərin olması ilə bağlı fikirlər səsləndirmişdi.
saytlarin hazirlanmasi
