Dünya çempionatı: 4 cüdoçumuz mübarizəyə başlayaacq

09:47 - 8 Oktyabr 2026

Bakıda böyüklər arasında cüdo üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq.

Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar.

Milli Gimnastika Arenasında təşkil olunan mundialda təsnifat mərhələsi saat 10:30-da start götürəcək, final bloku 18:00-da başlanacaq.

Xatırladaq ki, Azərbaycan komandası oktyabrın 11-də başa çatacaq DÇ-də 4 medal qazanıb.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc mükafat əldə edib.

Xəbər xətti