DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək Berti Foqts Bakıya gəlib.
Sportal.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqtsla görüşüb.
Xatırladaq ki, 70 yaşlı mütəxəssis 2008/14-cü illərdə millimizin baş məşqçisi olub.
saytlarin hazirlanmasi
