"Neftçi" və "Qəbələ"nin legionerləri start heyətdə FOTO

20:44 - 24 Mart 2017

Gürcüstan millisi DÇ 2018-in seçmə mərhələsi çərçivəsində Serbiyanı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, komandaların start heyətləri açıqlanıb. Gürcüstan yığmasının "11-liy"inə Azərbaycan klublarından çağırılmış iki futbolçu daxil edilib. Baş məşqçi Vladimir Vayss "Neftçi"nin müdafiəçisi Georgi Navalovski ilə "Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskirini ilk dəqiqələrdən meydana buraxacaq.

 

Qeyd edək ki, sözügedən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 

 

Xəbər xətti