Çexiyanın baş məşqçisi: "Qrupda vəziyyət gərgindi"

11:28 - 27 Mart 2017

“Futbolçularım qələbə üçün ac idilər. Vacib 3 xal qazandıq. İkinci pilləni ələ keçirmək üçün yaxşı imkanımız var”.

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəibi Çexiya millisinin rəqibi Karel Yarolim deyib. 

 

Yarolimin komandası V tur çərçivəsində səfərdə San Marinonu darmadağın edib - 6:0. Oyundan sonra açıqlama verən 60 yaşlı çalışıdırıcı San Marionunun çətin komanda olduğunu vurğulayıb:

 

“Xeyr, rəqibimiz həvəskar komanda deyil. Dünya futbolunda sürpriz nəticələr qeydə alınır. San Marino hava toplarında təhlükəlidir və biz bunu bilirdik. Məsələn, Azərbaycan San Marinonu çox çətinliklə məğlub etmişdi – 1:0. Norveç isə oyuna 10 dəqiqə qalmış qələbə topunu vurmağa müvəffəq olmuşdu. Rəqibə hörmətlə yanaşırdıq”.

 

Mütəxəssis qrupdakı vəziyyətdən də danışıb:

 

“Qrupda vəziyyət gərgindi. Bizi Norveçlə çətin səfər qarşılaşması gözləyir. Şimali İrlandiya isə Bakıda çətin sınaq qarşısında olacaq. Qalib gəlsək, qrup 2-cisi ola bilərik”.

Xəbər xətti