"Bizim üçün ağır oyun oldu. Asan qələbə qazandığımızı düşünmürəm, Azərbaycanda çətinliklə üzləşdik".
Sportal.az xəbər verir ki, bu sözləri Almaniya millisinin futbolçusu Andre Şürrle DÇ-2018-in seçmə mərhələsində yığmamıza 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra ölkəsinin mətbuatına deyib.
26 yaşlı hücumçu çox sayda fərdi səhvlərə yol verdiklərini bildirib: "Ötürmələrdəki dəqiqlik sayından razı qala bilmərik. Əsas anlarda düzgün addım ata bilmirdik”.
Şürrle millinin baş məşqçisi Yoahim Lövün ona etimad göstərməsinə sevindiyini söyləyib: "Onun inamını doğrultmaq və azarkeşləri sevindirmək üçün əlimdən gələni etdim. Bu komandada özümü çox rahat hiss edirəm".
saytlarin hazirlanmasi
