Məsut Özil Azərbaycana təşəkkür etdi FOTO

22:15 - 27 Mart 2017

Almaniya millisinin və “Arsenal”ın futbolçusu Məsut Özil özünün "Facebook" hesabında Azərbaycanla bağlı paylaşım edib.

 

Sportal.az-ın məlumatına görə, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində dünən keçirilən Azərbaycan – Almaniya oyununda iştirak edən yarımmüdafiəçi ölkəmizə təşəkkür edib. O, “isti qarşılanmaya görə təşəkkürlər, Azərbaycan” – sözlərini yazıb.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Image may contain: people playing sports, outdoor and text

Xəbər xətti