Almaniya millisinin futbolçusu Benedikt Hövedes DÇ-2018-in seçmə mərhələsində millimizə 4:1 hesabı ilə qalib gəldikləri oyunu haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi matç haqda bunları bildirib:

 

"Azərbaycanla oyuna qələbə üçün çıxmışdıq. Bakıdakı görüşdə diqqətsizliyə yol verdik. Bütün qarşılaşma ərzində oyuna tam nəzarət edə bilmədik. Buna görə də özümüz çətinlik yaratdıq. Qələbə qazansaq da bunu çətinliklə bacardıq".