Şimali İrlandiyanın futbolçusu: "Azərbaycanla oyunun əhəmiyyəti böyükdür"

12:00 - 28 Mart 2017

“Hazırda yaxşı formadayıq və belə davam etməliyik. Qrupdakı mövqeyimizi qorumalıyıq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Şimali İrlandiya yığmasının və KPR-in futbolçusu Konor Vaşinqtona məxsusdur. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması Norveçi 2:0 hesabı ilə məğlub edərək qrup 2-ciliyini möhkəmləndirib. Skandinaviyalıların qapısından 2-ci qolu keçirən Konor Vaşinqton açıqlama verib. 24 yaşlı hücumçu millimizlə Bakıda keçirəcəkləri oyun haqda da danışıb:

 

“Möhtəşəm oyun oldu, azarkeşlər üçün əsl tamaşa idi. Milliyə dəvət alanda etimadı doğruldacağıma inanırdım. Komandamız keyfiyyəti oyun nümayiş etdirdi. Bu tempdə davam etmək istəyirik. Azərbaycanla səfər oyununun əhəmiyyəti böyükdür. Çexiya ilə ev matçımız isə böyük oyun olacaq”.

 

Qeyd edək ki, Şimali İrlandiya qrupda 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan isə 7 xalla 4-cü pillədə qərarlaşıb.

 

Əlavə edək ki, Azərbaycan – Şimali İrlnadiya matçı iyunun 10-da, saat 20:00-da start götürəcək.

Xəbər xətti