Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsində növbəti turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Argentina yığması səfərdə Boliviya ilə qarşılaşıb. Lionel Messinin meydana çıxmadığı oyunda meydan sahibləri qalib gəliblər - 2:0.
Messi Çili ilə oyunda hakimləri təhqir etdiyi üçün FİFA tərəfindən 4 oyunluq cəzalanıb.
Argentina 14 oyundan sonra 22 xalla 5-ci, Boliviya isə 10 xalla 9-cu pillədə qərarlaşıb.
Boliviya – Argentina – 2:0
Qollar: Arse, 31, Moreno, 52
saytlarin hazirlanmasi
