Maykl Onil: "Onların Azərbaycanla matça hazır olacaqlarına ümid edirəm"

17:36 - 1 İyun 2017

Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil açıqlama verib.
 
Sportal.az xəbər verir ki, mütəxəssis Yeni Zelandiya ilə keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini bildirib:

 

"Qarşılaşmanı iyunun 2-nə ona görə təyin etdik ki, Çempionlar Liqasının finalı ilə üst düşməsin. Həm də biz iyunun 10-da seçmə mərhələ matçında Azərbaycanla qarşılaşacağıq. Oyunun sıx qrafikə təsdaüf etməsini istəmədik. Yeni Zelandiya Konfederasiyalar kubokuna hazırlaşdığı üçün bu matça daha ciddi hazırlaşır. Əslində, biz Azərbaycanla oyuna hazırlıq üçün Makedoniya və ya onların oyun stilinə sahib olan digər komanda ilə qarşılaşa bilərdik. Lakin Yeni Zelandiya böyük tunirə hazırlaşır. Bizim üçün də xoş oldu. Heyətimizdə elə futbolçular var ki, son dəfə aprelin sonlarında meydanda olub. Bizim üçün fiziki cəhətdən vacib matç olacaq. Həmin oyunçuların da hazır olacaqlarına inanıram. Zədəli futbolçularımızın isə iyunun 10-na qədər sağalacaqlarını və Azərbaycanla matça hazır olacaqlarına ümid edirəm".

 

Qeyd edək ki, Şimali İrlandiya iyunun 2-də Yeni Zelandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycanla səfər oyunu isə iyunun 10-u saat 20:00-da başlayacaq.  

Xəbər xətti