KONKAKAF zonasında DÇ-2018-in seçmə mərhələsinə 6-cı tura start verilib.
Sportal.az xəbər verir ki, turun açılış qarşılaşmasında Meksika ilə ABŞ üz-üzə gəlib. Oyun “Asteka” stadionunda keçirilib. ABŞ yığması erkən qol vurub. Qarşılaşmanın 6-cı dəqiqəsində Maykl Bredli fərqlənib. 29 yaşlı futbolçu 40 metr məsafədən möhtəşəm qola imza atıb. Meksikanın qolkiperi Qilyermo Oçoa bu zərbənin qarşısında aciz alıb.
23-cü dəqiqədə isə Karlos Vela bərabərlik qolunu vurub. Oyun 1:1 hesabı ilə də başa çatıb.
Meksika 6 turdan sonra 14 xal toplayaraq, vahid liderdi. ABŞ-ın 8 xalı var.
saytlarin hazirlanmasi
