Gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı bəlli olub.
Sportal.az xəbər verir ki, bu, Yaponiya millisidi. Asiya zonasında seçmə mərhələnin sonuna 1 tur qalmış evdə Avstraliyanı üstələyən yaponlar vəsiqəni təmin ediblər. Onlar ardıcıl 6-cı dəfə bu turnirdə iştirak edəcəklər
Qeyd edək ki, Yaponiya mundiala iştirakı dəqiqləşən 4-cü ölkə olub. Onlara kimi təşkilatçı Rusiyadan savayı Braziliya və İran da vəsiqəni təmin etmişdi.
Yaponiya – Avstraliya – 2:0
QOLLAR: Asano, 41; İdequçi, 82
saytlarin hazirlanmasi
