Gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı bəlli olub.
Sportal.az xəbər verir ki, bu, Meksika yığmasıdı. Şimali və Mərkəzi Amerika zonasından yarışan “asteklər” buna Panama üzərindəki qələbədən (1:0) sonra nail olublar. Bununla da onlar təşkilatçı Rusiya ilə yanaşı, seçmə mərhələdən mundiala vəsiqə qazanan Braziliya, İran, Yaponiyadan sonra dünya çempionatının final mərhələsində iştirak hüququ qazanan 5-ci ölkə olublar.
Qeyd edək ki, Meksika daha əvvəl geridə qalan 20 mundialın 15-də iştirak edib.
saytlarin hazirlanmasi
