Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko dünən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna-Türkiyə (2-0) matçından sonra maraqlı açıqlamaları ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, mütəxəssis açıqlamasında bunları bildib:
“Mən Ukrayna millisi haqda danışmaq istəyirəm. Türkiyənin baş məşqçisi yeni dəyişib. Ona görə də, komanda tam oturmayıb. Biz öz üstünlüklərimizi bilirdik. Türkiyə yığmasının da zəif və güclü cəhətlərininə bələd idik. Bu güclü cəhətlərini sıradan çıxarmağa çalışdıq. Bunun üçün rəqibin meydanda bir şey etməsinə icazə vermədik. Ukrayna millisi son zamanlarda daha güclü olub. Oyunçularıma çox təşəkkür etmək istəyirəm. Həqiqətən də, çox çalışırlar və çox istəklidirlər”.
Şevçenko Türkiyə millisi haqqında isə bunları deyib:
“Türkiyənin yaxşı oyunçuları var, lakin komanda anlayışları yoxdur. Məncə, yeni məşqə başladıqları üçün bu belədi. Potensialları böyükdü, inanıram ki, uğur qazanacaqlar. Yenə təkrar edirəm, Türkiyənin yaxşı oyunçuları var, çox yaxşı məşqçisi var, gələcəyi parlaqdı”.
