San Marino yığmasının baş məşqçisi: "Azərbaycan millisinə hörmət edirik"

20:10 - 3 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq San Marino yığmasının baş məşqçisi Pyerancelo Mandzaroli oyunöncəsi mətbuat  konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

 

- Şimali İrandiyaya qarşı matçda 70 dəqiqə qol buraxmamağımız böyük nəticə kimi qəbul edilə bilər. Seçmə mərhələdə iştirak bizim üçün böyük məsuliyyət tələb edir. Çalışırıq ki, yaxşı nəticə göstərək. Əlimizdən gələni edəcəyik ki, həmin oyunu Azərbaycana qarşı da sərgiləyək. 

 

- Azərbaycan millisi son oyunlarda elə də yaxşı təsir bağışlamayıb. Bakıda əsas məqsədiniz nədi?

- Rəqibə hörmət edirik. Azərbaycan futbol ölkəsidi. Burda futbol daim inkişaf edir. Son nəticələr də bunu sübut edir. Bu, bizim üçün “döyüş”dü. Bu “döyüş”dən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq.

 

- Azərbaycan millisində bir neçə itki var. Sizcə, bu amil sizin xeyrinizə ola bilər?

- Bu barədə məlumatım var. Ancaq düşünürəm ki, Robert Prosineçki bu çətinliyin öhdəsindən gələcək və həmin oyunçuları əvəz edə biləcək.

Xəbər xətti