Mundiala 8-ci vəsiqənin sahibi məlum oldu

00:38 - 6 Sentyabr 2017

Gələn il Rusiyada keçiriləcək dünya çempionatının növbəti iştirakçıları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Cənubi Koreya mundiala vəsiqəni rəsmiləşdirib. Komanda seçmə mərhələnin 10-cu turunda Özbəkistanla oyunda qolsuz heç-heçə edərək xalını 15-ə çatdıraraq A qrupunu 2-ci pillədə başa vurub.

 

Səudiyyə Ərəbistanı isə Yaponiyanı1:0 hesabı ilə qalib gələrək turnirin final mərhələsinə yüksəlib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Cənubi Koreya yığması ev sahibi Rusiya, həmçinin Braziliya, İran, Yaponiya, Meksika və Belçikadan sonra mundialda iştirak hüququna yiyələnən 7-ci komanda olub.

Xəbər xətti