Gələn il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil ediləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək.
Sportal.az xəbər verir ki, Lyublyana qəsrində baş tutacaq və UEFA prezidenti Aleksander Ceferinin də qonaq qismində qatılacağı tədbir Bakı vaxtı ilə saat 14.00-dan etibarən UEFA-nın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.
Püşköncəsi komandalar səbətlərə bu şəkildə bölünüb:
Səbət 1: Sloveniya (ev sahibi, A qrupu), İspaniya (son qalib), Rusiya, Portuqaliya
Səbət 2: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan
Səbət 3: Serbiya, Rumıniya, Polşa, Fransa
Qeyd: Püşkatma mərasimində Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edir.
saytlarin hazirlanmasi
