Futzal millimizin rəqibləri müəyyənləşdi

15:19 - 29 Sentyabr 2017

Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu gün Sloveniyanın Lyublyana şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İspaniya və Fransa yığmaları ilə birgə D qrupunda mübarizə aparacağı bəlli olub.

 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2018-cı il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək.

 

A qrupu

 

Sloveniya
İtaliya
Serbiya

 

B qrupu

 

Rusiya
Qazaxıstan
Polşa

 

C qrupu

 

Portuqaliya
Ukrayna
Rumıniya

 

D qrupu


İspaniya
Azərbaycan
Fransa 

Xəbər xətti